Polen və bəzi qidalar, xüsusən yaz aylarında ürtiker riskini artırır.
Musavat.com CNN Türkə istinadən xəbər verir ki, həkim Gülbiye Gülerin xəbərdarlığına görə, ürtiker dərinin dərin qatlarına təsir etdikdə, anjioödem əmələ gələ bilər. Bu halda dodaqlar, göz qapaqları, əllər və ayaqlarda şişlik, qarın ağrısı, udma çətinliyi və nəfəs darlığı müşahidə olunur
Bu zaman həmçinin həyati təhlükə yarana bilər.
Uşaqlarda və gənclərdə ürtiker adətən yeməkdən 90 dəqiqə sonra ortaya çıxır. Ən çox təsir edən qidalar arasında süd məhsulları, balıq, yumurta, fındıq, çiyələk, banan, kivi, pomidor, şokolad və ədviyyatlar var. Antibiotiklər, ağrıkəsicilər və bəzi dərmanlar da tətikləyici ola bilər.
Kəskin hücumlarda antihistaminiklər əsas müalicədir. Ağır hallarda sistemik kortikosteroidlər və adrenalin tələb oluna bilər. Fiziki ürtiker üçün isə su, sürtünmə, günəş və temperatur dəyişikliklərindən qaçmaq lazımdır. Soyuq kompres və mentollu losyonlar bu problem zamanı rahatlama gətirə bilər.
Mütəxəssis həkimə vaxtında müraciət etmək, qida gündəliyi tutmaq və şübhəli qidalardan uzaq durmaq həyati təhlükəni azalda bilər.
Musavat.com






