İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

470 30.04.2026 18:35 Siyasət A A

Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"İssam bin Saleh əl-Cuteyli Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb", - paylaşımda bildirilib və əlavə olunub ki, söhbət zamanı qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR