Rusiyada “Honkonq qripi”nin yayılması sürətlənib və artıq ilk ölüm halları qeydə alınıb.
Məlumata görə, ölkənin 17 regionunda epidemioloji vəziyyət kəskinləşib, virus əsasən Uzaq Şərq, Ural və Sibir bölgələrində geniş yayılıb.
Musavat.com xəbər verir ki, Dağıstanda “Honkonq qripi” səbəbindən iki nəfər həyatını itirib. Bildirilir ki, ölən şəxslər peyvənd olunmayıb. Region üzrə ümumilikdə 61 yoluxma halı aşkarlanıb.
Həkimlərin məlumatına görə, xəstəlik yüksək hərarət, üşütmə, bədən ağrıları, halsızlıq, öskürək, boğaz və baş ağrısı, bəzi hallarda isə ishal ilə müşayiət olunur. Mütəxəssislər yoluxmanın qarşısını almaq üçün maskadan istifadə etməyi, kütləvi yerlərdən uzaq durmağı və ilk əlamətlər ortaya çıxan kimi həkimə müraciət etməyi tövsiyə edirlər. Bildirilir ki, epidemioloji nəzarət gücləndirilib və vəziyyət rəsmi qurumlar tərəfindən izlənilir.
Musavat.com






