İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi 

1271 07.04.2026 16:01 Şou-biznes A A

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin səhhətində problem yaranıb.

Musavat.com Haberler.com-a istinadən xəbər verir ki, sənətçi xarici ölkələrdə keçirdiyi konsert proqramlarından sonra İstanbuldakı evində qəfil özünü pis hiss edib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən o, dərhal xəstəxanaya çatdırılıb. Sənətçinin xəstəxanaya yerləşdirilməsi xəbərindən sonra ailə üzvləri və yaxınları da tibb müəssisəsinə gəlib. Həkimlərin nəzarəti altında olan Tatlısəsin vəziyyətinin nəzarət altında saxlanıldığı bildirilir. İlkin məlumatlara əsasən, müğənninin ağır virusa yoluxduğu iddia olunur. Onun bir müddət müşahidə altında qalacağı ehtimal edilir.

Xatırladaq ki, İbrahim Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalmış və uzunmüddətli müalicə prosesi keçmişdi. Buna baxmayaraq, sənətçi sonrakı dövrdə yenidən səhnələrə qayıdaraq fəaliyyətini davam etdirib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR