İnsanlara hürriyət, millətlərə istiqlal!

İnəklərin gizli bacarığı üzə çıxdı - VİDEO

1314 23.01.2026 01:47 Maraqlı A A

Bioloqlar iri buynuzlu ev heyvanlarının koqnitiv imkanları ilə bağlı uzun illərdir mövcud olan təsəvvürləri yenidən nəzərdən keçirməyə məcbur qalıblar.

Musavat.com xəbər verir ki, aparılan eksperiment zamanı Veronika adlı inək gözlənilməz davranış sərgiləyib.

Tədqiqat çərçivəsində Veronika teras üçün nəzərdə tutulmuş fırçadan məqsədli şəkildə istifadə edərək özünü qaşıyıb. Alimlərin fikrincə, bu davranış heyvanın yalnız instinktiv deyil, ego-mərkəzli və məqsədyönlü koqnitiv bacarıqlara malik olduğunu göstərir. 

Mütəxəssislər bildirirlər ki, nəticə xüsusilə diqqətçəkicidir. Çünki insan təxminən 10 min ildir inəkləri saxlayır, lakin indiyədək bu heyvanların xarici obyekti mexaniki alət kimi istifadə edərək konkret məqsədə çatmaq qabiliyyətinə malik olmadığı qəbul edilirdi. Yeni müşahidə isə bu yanaşmanı ciddi şəkildə şübhə altına alır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR