İnsanlara hürriyət, millətlərə istiqlal!

İran PUA-sı Dubaydakı məşhur “Burj Al Arab” hotelinə zərbə endirdi – VİDEO

1708 01.03.2026 01:54 Gündəm A A

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda Dubayda yerləşən məşhur beşulduzlu hotel-bina – Burj Al Arab yaxınlığında partlayış və yanğın görüntüləri əks olunub. İddialara görə, obyektə İran istehsalı olan pilotsuz uçuş aparatı (PUA) zərbə endirib.

Yayılan videoda gecə saatlarında hotelin ətrafında alov sütununun yüksəldiyi, hadisə yerində tüstünün göründüyü müşahidə edilir. Hələlik rəsmi qurumlar tərəfindən hadisənin səbəbi və xarakteri barədə ətraflı açıqlama verilməyib.

Qeyd edək ki, Dubayın simvollarından biri hesab olunan, süni ada üzərində inşa edilmiş Burj Al Arab dünyanın ən lüks hotellərindən biri kimi tanınır və beynəlxalq turizmin əsas məkanlarından sayılır.

Musavat.com

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR