İranda milli valyutanın kəskin dəyər itirməsi və dərinləşən maliyyə böhranı fonunda başlayan etiraz aksiyaları zamanı Tehran Universitetinin dörd tələbəsi saxlanılıb.
Musavat.com xəbər verir ki, DPA agentliyi bu barədə İranın “Şərq” qəzetinə istinadən məlumat yayıb. Qeyd olunur ki, saxlanılanlar etiraz aksiyalarında iştirak edən tələbələrdir.
Bundan əvvəl İran mediası 29 dekabr tarixində etirazlarla əlaqədar ümumilikdə 11 nəfərin saxlanıldığını yazmışdı. Son hadisələr ölkədə sosial-iqtisadi vəziyyətin gərginləşdiyini bir daha nümayiş etdirir.
Musavat.com






