İran əsilli fransalı jurnalist Emmanuel Rəzəvi televiziya proqramında bildirib ki, son 24 saat ərzində İslam Respublikasının bir sıra yüksək vəzifəli şəxsləri, xüsusilə islahatçılar və hökumət başçısının yaxınları ölkədən qaçmaq üçün addımlar atmağa başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Jurnalist “Le Figaro” qəzetinə müsahibəsində də eyni fikirləri səsləndirib. Onlar Parisdəki İran əsilli vəkillər vasitəsilə ailələri üçün Fransa vizası almağa çalışırlar. Rəzəvi İran parlamentinin sədri Məhəmmədbaqir Qalibafın ailə üzvlərinin də vizaya müraciət etdiyini vurğulayıb.
O, hazırkı İran hakimiyyətini narkotik və silah qaçaqmalçılığı ilə məşğul olan “mafiya dəstəsi” adlandırıb və təxminən 20 yüksək vəzifəli məmurun ailəsinin xarici ölkələrdən sığınacaq almağa çalışdığını bildirib.
Musavat.com






