İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının cənub hissəsində aparılan hərbi əməliyyatın başa çatdığını bəyan edib.
Musavat.com xəbər verir ki, ordunun rəsmi məlumatına görə, əməliyyat zamanı silahlı qruplaşmalara aid 20 döyüşçü məhv edilib.
"SAXAL" bildirir ki, “təmizləmə əməliyyatı” çərçivəsində bölgədə təhlükəsizlik nəzarəti gücləndirilib, silahlı infrastruktura zərbələr endirilib və İsrail ərazisinə yönələn mümkün təhdidlərin qarşısı alınıb.
Beynəlxalq təşkilatlar isə Qəzza zolağında vəziyyətin hələ də gərgin olaraq qaldığı, bölgədə həm hərbi, həm də humanitar durumun beynəlxalq diqqət mərkəzində olduğu vurğulayır.
Musavat.com






