İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail qiyamət ssenarisinə hazırlaşır: İranın 2000 raketlik "dəhşətli zərbəsi" belə qarşılanacaq

828 04.02.2026 14:18 Dünya A A


Yaxın Şərqdə gərginlik pik həddə çatarkən, İsrail ordusu ölkə tarixinin ən ağır hücum ssenarilərindən birini sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, "Maariv" qəzetinin yaydığı şok məlumata görə, İsrail Müdafiə Qüvvələri İranın eyni anda 2000 raketlə həyata keçirə biləcəyi kütləvi hücumun dəf edilməsi üzrə genişmiqyaslı hərbi təlimlər keçirib.

Təlimlər zamanı əsas diqqət ölkənin sıx məskunlaşmış mülki ərazilərinin qorunmasına yönəldilib. Mənbələrin verdiyi məlumata görə, manevrlər çərçivəsində təkcə raketlərin havada zərərsizləşdirilməsi deyil, həm də irimiqyaslı dağıntılar zamanı sakinlərin təcili təxliyəsi və yaralılara hərbi-tibbi yardımın göstərilməsi ssenariləri real şəraitdə icra olunub.

Hərbi ekspertlər qeyd edir ki, İranın raket zavodlarının 24 saatlıq iş rejiminə keçməsi və arsenalını sürətlə genişləndirməsi İsraili öz müdafiə sistemlərini maksimum gücləndirməyə məcbur edir. Bu təlimlər həm də Tehranın eyni vaxtda minlərlə raket atmaqla "Dəmir Qübbə" və digər hava hücumundan müdafiə sistemlərini kilidləmək (iflic etmək) planına qarşı bir hazırlıq mesajı kimi qiymətləndirilir. Regionda hər an başlaya biləcəyi proqnozlaşdırılan "böyük müharibə" öncəsi bu təlimlər İsrailin istənilən sürpriz zərbəyə qarşı ən yüksək hazırlıq vəziyyətində olduğunu göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR