İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail SEPAH-ın yüksək rütbəli komandirini ÖLDÜRDÜ

855 25.12.2025 19:17 Dünya A A

İsrail Müdafiə Qüvvələri (İDF) Livana endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin yüksək rütbəli komandirinin öldürüldüyünü açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti sosial mediada məlumat yayıb.

Məlumatda deyilir: "Bu gün səhər saatlarında Livanın Nəbatiyyə bölgəsində İsrail Müdafiə Qüvvələri və Şin Bet son illərdə Suriya-Livan istiqamətində İsrailə qarşı planların hazırlanmasında və təşviqində iştirak edən SEPAH-ın əsas əməliyyatçısı Hüseyn Mahmud Marşad əl-Coharini öldürüb".

Qeyd olunur ki, o, SEPAH-ın xarici əməliyyatlarının planlaşdırılması və əlaqələndirilməsindən məsul olan 840 saylı Əməliyyat Bölməsinin (Sepah-e-Qods 840) üzvü olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR