İnsanlara hürriyət, millətlərə istiqlal!

Jiva "Avroviziya" səhnəsində  FOTO

695 06.05.2026 13:10 Şou-biznes A A

“Avroviziya 2026” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Jiva artıq səhnə hazırlıqlarına başlayıb və yarışma öncəsi ilk məşqini uğurla həyata keçirib.

Musavat.com xəbər verir ki, müğənni Vyanada keçirilən məşq zamanı “Just go” adlı mahnısını səhnə şousu və rəqqaslarla birlikdə təqdim edib.

Səhnə performansı xüsusi koreoqrafiya ilə hazırlanıb və çıxışın vizual tərəfinin gücləndirilməsi üçün geniş rəqs komandası ilə işlənilib.

Məşq zamanı Jivanın həm vokal ifası, həm də səhnə hərəkətləri üzərində ciddi şəkildə çalışdığı, şounun beynəlxalq səviyyədə təsirli görünməsi üçün detallara xüsusi diqqət yetirildiyi bildirilir. İlk çıxışın uğurlu keçdiyi və komanda tərəfindən müsbət qiymətləndirildiyi qeyd olunur.

Qeyd edək ki, “Avroviziya 2026” mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın yarımfinalları mayın 12 və 14-də, final isə mayın 16-da baş tutacaq. Bu günlər ərzində müxtəlif ölkələrin nümayəndələri səhnəyə çıxaraq Avropanın ən böyük musiqi yarışında mübarizə aparacaqlar.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR