ABŞ Səhiyyə naziri Robert Kennedi ölkədə ən azı 48 milyon insanın opioid asılılığından əziyyət çəkdiyini bildirib.
Musavat.com xəbər verir ki, bir podkast zamanı amerikalı komediyaçı və televiziya aparıcısı Co Roqan nazirdən ABŞ-da nə qədər insanın opioid asılılığı olduğunu soruşub. "48 milyon", Kennedi cavab verib.
Bu, ölkənin 342.356.786 nəfərlik ümumi əhalisinin təxminən 14 faizi deməkdir.
Qeyd edək ki, opioid asılılığı morfin, heroin, fentanyl və ya reseptlə verilən ağrıkəsicilər kimi güclü maddələrin (opioidlərin) uzunmüddətli istifadəsi nəticəsində yaranan, beyin funksiyalarını dəyişən xroniki xəstəlikdir.
Musavat.com






