Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə münaqişə zonasındakı cari vəziyyətə dair keçirilən iclas zamanı Donetsk vilayətindəki Severesk şəhərinin ələ keçirilməsi barədə məlumat alıb.
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Eyni zamanda Severeskin tamamilə nəzarətimiz altına keçməsi məsələsi də müzakirə olunub. Prezident bu barədə ətraflı məlumat alıb”, - deyə Kremlin nümayəndəsi bildirib.
Musavat.com






