İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Paşinyana qarşı “ölmüş” Ter-Petrosyanı yenidən oyadır – Levon Moskvanın son ümidi rolunda

802 09.12.2025 19:39 Siyasət A A

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Rusiya səfiri Sergey Kopyrkinlə qəfil görüşməsi İrəvanda siyasi maraq doğurub. Bu görüş çoxlarına adi diplomatik təmas kimi görünə bilər, amma proseslər göstərir ki, Moskva son aylarda itirdiyi təsir imkanlarını bərpa etməyə çalışır.

Musavat.com bildirir ki, Rusiyanın Paşinyan üzərində nəzarəti zəifləyib və Kreml indi köhnə fiqurlardan istifadə edərək yenidən oyun qurmaq istəyir.

Paşinyan hakimiyyətdə olduğu müddətdə Rusiyadan məsafələnib. Ermənistan KTMT ilə əlaqələri zəiflətdi, Qərbə yaxınlaşdı, ölkədə Rusiyaya bağlı şəxslərin bir çoxu həbs olundu və dövlət strukturlarından uzaqlaşdırıldı. Nüfuzlu biznesmen Samvel Karapetyanın həbsi, Gümrüdəki rus bazası ilə əlaqəli çevrələrə təzyiqlər Moskvanı narahat edən əsas addımlardandır. Bu proseslər Kremlin İrəvandakı dayaqlarını xeyli azaldıb.

Bu fonda Kreml Levon Ter-Petrosyan kartını yenidən işə salır. Son illərdə onun siyasi çəkisi çox azdır, amma Kremlin məqsədi böyük deyil – Paşinyana qarşı hansısa təsir rıçağını qorumaq. Petrosyan Moskva üçün tanış figurdur. O, Qarabağ münaqişəsinin ilk illərində Kremlin əsas tərəfdaşlarından biri idi və rus siyasi mühitini yaxşı tanıyır. Buna görə də Moskva hesab edir ki, Petrosyan rəmzi də olsa, hakimiyyətə təzyiq üçün istifadə oluna bilər.

Görüşün Petrosyanın şəxsi evində baş tutması da təsadüfi görünmür. Bu, Moskvanın prosesləri pərdəarxasında, rəsmi kanallardan kənar idarə etməyə çalışdığını göstərir. Yəni Kreml açıq danışıqlardan çox köhnə əlaqələrə söykənərək Paşinyanı balansda saxlamağa cəhd edir.

Nəticə belədir: Rusiya Ermənistana təsirini itirmək istəmir, amma əlində real gücü olan yeni fiqur da yoxdur. Ona görə də Kreml “köhnə oyunçulara” qayıdır. Ter-Petrosyanın yenidən ön plana çəkilməsi də bunun göstəricisidir. Anti-Rusiya ab-havasının gücləndiyi bir vaxtda bu addım Moskvanın çarəsizliyini və son ümidlərini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR