İnsanlara hürriyət, millətlərə istiqlal!

Matevosyandan iddia: Ermənistanı türk dünyasının üzvü etmək istəyirlər

674 25.11.2025 19:55 Dünya A A

20 noyabrda Atlantic Council və Eurasia Center tərəfindən keçirilən panel müzakirəsində Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına dair yeni yanaşmalar səsləndirilib. Diskussiyada çıxış edən Eurasia Center-in əməkdaşı Brianna Todd həm regionun bütöv şəkildə nəzərdən keçirilməsinin vacibliyini, həm də Türk Dövlətləri Təşkilatının (TDT) genişlənməsi kontekstində Ermənistan və Tacikistanın “çatışmayan həlqələr” olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ baxımından Cənubi Qafqaz və Mərkəzi Asiya vahid coğrafi-siyasi məkan kimi qiymətləndirilməli, bu iki region arasında inteqrasiya daha da gücləndirilməlidir.Todd həmçinin qeyd edib ki, regional əlaqəlilik haqqında danışmaq üçün Cənubi Qafqazın bütün ölkələrinin prosesə cəlb olunması vacibdir və bu çərçivədə ABŞ-ın TDT ilə əməkdaşlığı üçün prinsipial maneə yoxdur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu mövqeni təhlil edən politoloq Beniamin Matevosyan hesab edir ki, ABŞ ekspert dairələrinin yanaşması Ermənistanın gələcək istiqaməti ilə bağlı ciddi suallar yaradır.

Onun fikrincə, Todd-un səsləndirdiyi tezislər Qərbin Cənubi Qafqazı vahid tərkibdə görmək istəyindən xəbər verir və Ermənistan da bu konsepsiyanın ayrılmaz hissəsi kimi nəzərdən keçirilir. Matevosyan bildirir ki, müzakirədə Ermənistanın TDT-yə inteqrasiya üçün “lazımi element” kimi qeyd olunması bu istiqamətdə yeni siyasi xəttin formalaşdığına işarədir.

Erməni politoloqa görə, ABŞ-da bu cür yanaşmaların yaranması Ermənistanın 2020-ci il müharibəsindən sonrakı geosiyasi vəziyyəti ilə sıx bağlıdır. Onun fikrincə, Qarabağ amili aradan qalxdıqdan sonra Ermənistanın regional konfiqurasiyada yerinin yenidən müəyyən edilməsi prosesi sürətlənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR