Əməkdar artist Mehriban Xanlarova Respublika Narkoloji Mərkəzdə olub.
Musavat.com xəbər verir ki, bu barədə aktrisanın özü sosial şəbəkə hesabında paylaşdığı video görüntü vasitəsilə məlumat yayıb.
Videomüraciətində Mehriban Xanlarova bildirib:
“Mən bura niyə və hansı səbəbdən gəldiyimi tezliklə açıqlayacağam”.
Qeyd edək ki, Əməkdar artist bir müddət əvvəl Akademik Milli Dram Teatrında baş verən qalmaqallardan sonra öz ərizəsi ilə teatrdan ayrılıb.
Xalidə Gəray
Musavat.com






