İnsanlara hürriyət, millətlərə istiqlal!

Merts və digər Avropa liderləri ABŞ-nin “sülh plan”na qarşı

650 09.12.2025 14:12 Dünya A A

Almaniya kansleri Fridrix Merts və bir neçə digər Avropa lideri Vladimir Zelenskini ABŞ-nin təklif etdiyi “sülh planı”nın şərtlərinə aydın təhlükəsizlik zəmanətləri olmadan razılaşmamağa çağırdılar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə bazar ertəsi “The Wall Street Journal” (WSJ) qəzeti məlumat verib.

WSJ-nin məlumatına görə, bu, ötən həftə Zelenski ilə Avropa liderləri arasında telefon danışığı zamanı müzakirə olunub. Mertsdən başqa söhbətdə iştirak edən digər avropalıların adları açıqlanmayıb.

Onlar təkid ediblər ki, ABŞ Moskvanın Kiyevlə münaqişəni yenidən başlatmasına mane olmaq üçün sülh müqaviləsində zəmanətləri dəqiq müəyyənləşdirməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR