Aleksey Navalnının ölümü ilə bağlı sanksiyalara məruz qalan Mixail Ptitsın Hakimlər Şurasının yeni sədri olub.
Musavat.com xəbər verir ki, bu vəzifəni ondan əvvəl Viktor Momotov tutub.
O, biznesmen Andrey Marçenkonun fahişəlik və hotel biznesini “ört-basdır etməkdə” ittiham olunub. Payızda, keçmiş baş prokuror İqor Krasnovun Ali Məhkəmənin sədri təyin edilməsindən dərhal sonra məhkəmə Momotovdan 9 milyard rubl dəyərində aktivləri müsadirə edib..
TASS-ın yazdığına görə, RF Hakimlər Şurasının boş qalan sədr postunu Mixail Ptitsın tutub. O, 2020-ci ildən Moskva Şəhər Məhkəməsinə rəhbərlik edir.
2024-cü ilin martında, 19 il həbs cəzası çəkən və “ekstremist birlik yaratmaq” ittihamı ilə mühakimə olunan Aleksey Navalnının ölümündən sonra Avropa İttifaqı siyasətçiyə qarşı açılmış işlər üzrə baş istintaqçının və 14 hakimin adını sanksiyalar siyahısına salmışdı. Sənədlərdə ümumilikdə 33 nəfərin adı yer alırdı - onlardan biri də Mixail Ptitsın idi.
Musavat.com






