İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftçalada iki qardaş avtomobillə kanala düşərək öldü

926 20.03.2026 11:15 Hadisə A A

Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüblər.

Məlumata görə, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99-TE -303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.

Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR