ABŞ-ın sabiq prezidenti Barack Obama podkastda səsləndirdiyi və böyük müzakirələrə səbəb olan açıqlamasını dəqiqləşdirib.
Musavat.com xəbər verir ki, o bildirib ki, dedikləri sensasiya kimi təqdim olunsa da, əslində söhbət elmi ehtimaldan gedirdi: “Kainat statistik olaraq o qədər böyükdür ki, haradasa həyatın mövcud olması ehtimalı yüksəkdir. Amma ulduz sistemləri arasındakı məsafələr o qədər nəhəngdir ki, Yerə yadplanetlilərin gəlməsi ehtimalı çox aşağıdır. Prezident olduğum müddətdə Yer kürəsi ilə əlaqəyə dair heç bir sübut görməmişəm”.
Obama vurğulayıb ki, onun sözləri “Yerə gəlmiş yadplanetlilər” iddiası kimi təqdim olunmamalıdır — bu yalnız kosmosda həyatın mümkünlüyü barədə ümumi elmi yanaşmadır.
Beləliklə, sabiq prezident rəsmi şəkildə təsdiqləyib: ABŞ hökumətində onun dövründə yadplanetli kontaktı barədə hər hansı sübut olmayıb.
Musavat.com






