Rusiyanın idman naziri və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyaryov fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu Aleksandr Plyuşenkonun Azərbaycan milli komandasına keçidinə mənfi yanaşır.
Musavat.com xəbər verir ki, M.Deqtyaryov bunu “Life” nəşrinin əməkdaşı Aleksandr Yunaşevə şərhində bildirib.
"Bu, şəxsi məsələdir, amma mənim buna münasibətim mənfidir. Bir nazir kimi, dürüst desəm, bununla razılaşa bilmərəm", - Deqtyaryov deyib.
Ondan əvvəl rusiyalı deputatlar da gənc idmançının seçimini təqnid etmiş, hətta onun çempion atasını da qınamışdılar.
Aleksandr Plyuşenkonun 13 yaşı var. O, atası ilə birlikdə buz şoularında iştirak edir. 2017-ci ildən bəri fiqurlu konkisürən Aleksandr atasının təsis etdiyi "Plyuşenkonun mələkləri" akademiyasında məşq edir.
Musavat.com






