İnsanlara hürriyət, millətlərə istiqlal!

Orbitdə səssiz müharibə: Rusiyanın mümkün kosmik silahı dünyanı fəlakət həddinə gətirə bilər

1322 22.12.2025 20:07 Dünya A A

Kosmosda təhlükəli və yeni bir mərhələnin formalaşdığı barədə xəbərdarlıqlar artır.

Musavat.com xəbər verir k, NATO kəşfiyyat strukturlarının ehtimallarına görə, Rusiya Starlink kimi peyk qruplarını hədəfə ala biləcək texnologiyalar üzərində işləyə bilər. Ssenariyə əsasən, orbitdə xırda dağıntılardan ibarət süni bulud yaradılaraq eyni vaxtda onlarla, hətta yüzlərlə peykin sıradan çıxarılması mümkündür.

Ekspertlərin əsas narahatlığı isə bu cür hücumun “Kessler effekti” yaratmaq potensialıdır. Belə bir zəncirvari proses Yer ətrafı orbitləri illərlə, hətta onilliklərlə nəzarətsiz dağıntı sahəsinə çevirə bilər. Nəticədə peyklər toqquşar, yeni dağıntılar yaranar və kosmik infrastruktur faktiki olaraq iflic ola bilər.

Bu ssenari yalnız Qərb üçün deyil, Rusiyanın və Çinin öz peyk sistemləri üçün də ciddi təhlükə deməkdir. Rabitə, naviqasiya, meteorologiya və hərbi müşahidə sistemləri bir anda risk altına düşə bilər.

Bu səbəbdən mövzu artıq təkcə Ukrayna müharibəsinin tərkib hissəsi kimi deyil, qlobal kosmik təhlükəsizlik və beynəlxalq sabitlik kontekstində müzakirə olunur. Analitiklər hesab edirlər ki, kosmosda belə bir eskalasiya Yer üzündəki geosiyasi qarşıdurmaları da tamamilə yeni və daha təhlükəli mərhələyə keçirə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR