Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev TV Müsavat-ın canlı efirində yayımlanan “Həftə içi” verilişinin qonağı olub.
Musavat.com bildirir ki, aparıcı Emil Salamoğlunun təqdimatında efirə gedən proqramda Elşad Musayev ölkədə rusdilli məktəblər və ruspərəst mövqelərlə bağlı sərt fikirlər səsləndirib. O, özünü “elita” kimi təqdim edən, lakin ruspərəst mövqedən çıxış edən şəxslərin açıq şəkildə ifşa olunmasının vacibliyini bildirib.
BAP sədri qeyd edib ki, təhsil sistemi və ideoloji sahədə milli maraqlara zidd mövqelər uzunmüddətli təhlükələr yarada bilər. Onun sözlərinə görə, rusdilli məktəblər məsələsi də bu kontekstdə ciddi şəkildə müzakirə olunmalı və cəmiyyət bu mövzuda aydın mövqe ortaya qoymalıdır.
Veriliş zamanı Elşad Musayev milli ideologiya, informasiya təhlükəsizliyi və dövlətçilik məsələləri ilə bağlı fikirlərini də bölüşüb.
Ətraflı — videoda.






