İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistana gedən İran nümayəndə heyətindən ŞOK MESAJ - Qalibaf o fotonu PAYLAŞDI

2472 11.04.2026 01:58 Gündəm A A

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Pakistana səfəri zamanı özü ilə Minab şəhərində həlak olmuş uşaqların bəzi əşyalarını aparıb.

Musavat.com "Tasnim"ə istinadən xəbər verir ki, bu əşyalar arasında uşaqların qanına bələnmiş geyimləri və şəxsi ləvazimatları yer alıb.

İran tərəfi bu addımı "ABŞ-nin törətdiyi müharibə cinayətlərinin" bariz sübutu və dünyaya çatdırılmalı olan mühüm bir mesaj kimi qiymətləndirir.

Rəsmi şəxslər qanlı uşaq paltarlarının nümayiş etdirilməsinin beynəlxalq ictimaiyyətin diqqətini dinc sakinlərə qarşı törədilən hücumlara çəkmək məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, İran rəsmilərinin görüşə qara geyimdə qatılması da xüsusi diqqət çəkib.

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR