ABŞ Müdafiə Nazirliyi "Raytheon" şirkəti ilə yenilənmiş müqavilə çərçivəsində alınan Tomahawk qanadlı raketlərinin sayını 350 ədədə çatdırıb.
Musavat.com xəbər verir ki, məlumatı Pentaqon açıqlayıb. İlkin plan yalnız 131 raket istehsal etmək idi. Yenilənmiş müqavilənin dəyəri 785,2 milyon dollardır.
ABŞ hərbi dəniz qüvvələrinə, orduya və dəniz piyadaları korpusuna, eləcə də raket istehsalı üçün 500 milyon dollar ayıran iki xarici müştəriyə çatdırılmaların 2029-cu ilin yanvar ayında başa çatması planlaşdırılır.
"Raytheon" təkmilləşdirilmiş naviqasiya və rabitə sistemini özündə birləşdirən yeni "Block V Tomahawk" qanadlı raketini istehsal edəcək. Əsas versiya kimi, bu raketin də mənzili 1600 km olacaq.
Musavat.com






