İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian tənqidlərə Azərbaycan dilində CAVAB VERDİ - VİDEO

1289 06.01.2026 12:13 Region A A

Bu gün İran prezidenti Məsud Pezeşkian “İslam Şuralarının Mövqeyi və Xalqın Konstitusiyada İştirakı” mövzusunda keçirilən konfransda çıxış edərək, ona ünvanlanan tənqidlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, bu barədə  “Azad İran” telegram kanalı məlumat yayıb.

Pezeşkian deyib ki, tənqidlərə qulaq asıb və onları dinləyib, lakin indi özünün danışmaq vaxtıdır: “Siz danışdınız, tənqid etdiniz, mən də qulaq asdım. Ancaq mən tənqid etməyə başlayanda, siz də qulaq asın. Dediklərimə üzünü turşutmaq lazım deyil".

Prezident çıxışının davamında onu tənqid edənlərə Azərbaycan dilində atalar sözü ilə cavab verib: “Adını qoydum Rəşid – birini de, birini eşit”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR