İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan etiraz aksiyaları ilə bağlı məmurlara ÇAĞIRIŞ: "Günah bizdədir..."

916 02.01.2026 09:04 Gündəm A A

Dünən gecə İranın Həmədan şəhərində etirazçılar təhlükəsizlik qüvvələrinə hücum ediblər.

Musavat.com xəbər verir ki, İran mediasının yaydığı məlumatlara görə, bəzi etirazçılar digər dini kitablarla birlikdə Quranı yandırıb, ayrı-ayrı qruplar isə məscidə hücum edib.

Bildirilir ki, əlavə təhlükəsizlik qüvvələrinin bölgələrə cəlb edilməsindən sonra İranın əksər şəhərlərində etiraz aksiyaları dayandırılıb. İnsanların böyük hissəsi evlərinə qayıdıb, təhlükəsizlik qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu ölkə üzrə bütün şəhərlərdə nəzarəti gücləndirib. Hadisələr zamanı çoxlu sayda yaralı və saxlanılanların olduğu qeyd olunur.

Xüsusi təyinatlı qüvvələrin bölmə komandiri polkovnik İbrahimi açıqlamasında iğtişaşların baş verdiyi bütün şəhərlərdə vəziyyətin nəzarət altına alındığını və ictimai təhlükəsizliyin bərpa edildiyini bildirib. Onun sözlərinə görə, xarici qüvvələrin təşviq etdiyi iğtişaş cəhdlərinin qarşısı alınıb.

"İğtişaşçıların xaos törətdiyi bütün şəhərlər şəxsi heyətimiz tərəfindən təmizlənib və ictimai təhlükəsizlik bərpa edilib. Sionist rejimin yaratmaq istədiyi iğtişaşların qarşısı uğurla alınıb", - deyə xüsusi təyinatlı qüvvələr bölməsinin komandiri polkovnik İbrahimi bildirib.

İran prezidenti Məsud Pezeşkian isə ölkədəki narazılığı etiraf edib və mövcud problemlərə görə məsuliyyətin hökumətin üzərində olduğunu bildirib. O, rəsmiləri baş verənlərdə hər şeyi ABŞ və digər xarici qüvvələrin üzərinə yıxmamağa çağırıb.

Vilayət planlaşdırma şurasının iclasında çıxış edən Pezeşkian qeyd edib ki, problemlərin həllində əsas amil idarəetmə yanaşması və düşüncə tərzidir. Prezident iqtisadi çətinliklər və milli valyutanın dəyərdən düşməsi fonunda baş verən etirazlara münasibət bildirərək, yaranmış vəziyyətə görə məsuliyyətin hakimiyyətin üzərində olduğunu vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR