İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaregin də Rusiyadan üz döndərdi-bu ölkəyə sığınacaq

1772 23.01.2026 10:36 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyan parlament tribunasından çıxış edərək Erməni Apostol Kilsəsinin (EAK) rəhbərliyindən “DTK agentlərini” qovacağını bir daha bəyan edib. Katolikos II Qaregin isə “mühüm məsələləri müzakirə etmək üçün” tərəfdarlarını ölkə daxilində deyil, xaricdə toplamağın daha təhlükəsiz olacağı qənaətinə gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Bildirilir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası yeni qanun layihəsi hazırlayıb. Layihəyə əsasən, EAK rəhbərliyi hökumətin icazəsi olmadan kilsə mülkiyyətini heç kimə verə bilməyəcək. Hakim partiya iddia edir ki, katolikos kilsə əmlakının bir hissəsini nəvələrinə bağışlayıb. Kilsə bu ittihamları rədd edir və qanun layihəsini EAK-nı gözdən salmaq cəhdi kimi qiymətləndirir.

Picture background
II Qaregin isə fevralın 16–19-da Avstriyanın Sankt-Pölten şəhərində yepiskopların konfransını keçirmək qərarına gəlib. Bundan əvvəl isə belə xəbərlər vardı ki, konfransda EAK ətrafında baş verən son hadisələr müzakirə olunacaq. Əvvəlcə tədbirin Eçmiədzində, daha sonra Rusiyada keçirilməsi planlaşdırılıb. Ümumiyyətlə, bildirilirdi ki, erməni kilsəsi katolikos başda olmaqla Rusiyaya sığına bilərdi. Amma nəşrin yazısından belə belə görünür ki, qərar dəyişib.

Nəşr xatırladır ki, son altı ayda çevriliş çağırışları və onun hazırlanması da daxil olmaqla müxtəlif ittihamlarla üç arxiyepiskop – Baqrat Qalstanyan, Mikael Acapaxyan, Arşak Xaçatryan və katolikosun qardaşı oğlu, yepiskop Mkrtıç Proşyan həbs edilib. Yanvarın əvvəlində isə Paşinyan və ona loyal 10 arxiyepiskop “EAK-nın islahatı haqqında” bəyanat imzalayıblar. Bəyanata əsasən, kilsə islahatlarını həyata keçirəcək Koordinasiya Şurası yaradılmalı, məqsəd isə EAK-nın nizamnaməsini qəbul etmək və katolikosu dəyişməkdir.

Paşinyanı dəstəkləyən ruhanilər Avstriyadakı toplantını qanunsuz adlandıraraq iştirakdan imtina ediblər. Onlar bildiriblər ki, Ali Ruhani Şura 2017-ci ildə dörd il müddətinə seçilib və səlahiyyətləri 2021-ci ildə bitib. Həmçinin, belə toplantıların yalnız Ermənistan ərazisində keçirilə bilər.

Picture backgroundNəşr yazır ki, katolikosun tərəfdarları isə bildirir ki, toplantının keçirilməsi üçün coğrafi məhdudiyyət yoxdur və bu cür tədbirlər daha əvvəl ABŞ-da da təşkil edilib. Onların fikrincə, hakimiyyətin konstitusiyaya zidd addımları fonunda yepiskoplar toplantısının çağırılması mövcud böhrandan çıxış yoludur.

Hakimiyyətə yaxın KİV-lər isə toplantının Avstriyada keçirilməsinin əsas səbəbinin katolikosun qardaşı, Rusiya və Novo-Naxçıvan yeparxiyasının rəhbəri Yezras Nersisyanın Ermənistana gələrsə, həbs olunmaq riski ilə üzləşməsi olduğunu yazır. Paşinyan onu da “DTK agenti” adlandırır.

Siyasi analitik Tiqran Koçaryanın fikrincə, toplantı Eçmiədzində keçirilsəydi, katolikos kvorum toplaya bilməzdi. Onun sözlərinə görə, hakimiyyətin mümkün müdaxiləsindən yayınmağın yeganə yolu toplantını ölkə xaricində keçirməkdir.

Ekspert əlavə edib ki, parlament seçkilərindən sonra Paşinyan hakimiyyətdə qalarsa, EAK-ya təzyiqlər daha da arta bilər. Bu halda II Qaregin fəaliyyətini xaricdə davam etdirməyə və “sürgündə kilsə” formalaşdırmağa məcbur qalacaq. Ermənistan daxilində isə hökumətə bağlı paralel dini strukturun yaranması ehtimalı istisna edilmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR