İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza Humanitar Fondu fəaliyyətini dayandırdı

480 25.11.2025 10:22 Dünya A A

Qəzza Humanitar Fondu (QHF) fəaliyyətini dayandırdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu, ABŞ və İsrail hökumətləri tərəfindən yaradılan Fondun yaydığı açıqlamada yer alıb:

"Fəaliyyətlərimizi dayandırmaqla, uyğunlaşma, yerli əməkdaşlıq və hesabatlılığın münaqişə zonalarında humanitar yardımı necə yenidən təyin edə biləcəyinin sübut olunmuş bir modelini geridə qoyuruq".

QHF-nin məlumatına görə, dörd ay yarım ərzində QHF Qəzza sakinlərinə 187 milyon yemək payı çatdırıb.

Qeyd edək ki, mart ayından iyul ayının sonuna qədər İsrail hakimiyyəti bütün keçidləri bağlayaraq beynəlxalq humanitar yardımın Qəzza zolağına daxil olmasının qarşısını alıb. Zolaq sakinlərinə ərzaq paylanması QHF-nin məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirilib. BMT QHF orada işə başlayandan bəri Qəzza zolağında humanitar yardım almağa çalışan təxminən 2000 fələstinlinin ölümü barədə məlumat verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR