İnsanlara hürriyət, millətlərə istiqlal!

Qusarda sel transformatoru apardı – VİDEO

819 06.04.2026 12:36 Hadisə A A

Son bir neçə gündür Azərbaycanda müşahidə olunan intensiv leysan yağışları bir sıra bölgələrdə ciddi fəsadlara səbəb olub.

Musavat.com bildirir ki, yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb və sel hadisələri baş verib.

Xüsusilə Qusar rayonunda vəziyyət daha ağır olub. Məlumata görə, güclü sel elektrik dirəklərini aşırıb, həmçinin sahilboyu ərazidə yerləşən transformatoru aparıb. Nəticədə bəzi ərazilərdə elektrik təchizatında fasilələr yaranıb.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR