İnsanlara hürriyət, millətlərə istiqlal!

“Razılıq verməsək, heç kim girə bilməz” - Mirzoyan Zəngəzurda Azərbaycan qorxusunu gizlətmədi

754 22.01.2026 13:05 Siyasət A A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə müxalif deputat Kristine Vardanyanın sualını cavablandırarkən Zəngəzur marşrutu ətrafında diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Mirzoyan Ermənistanın razılığı olmadan nə Azərbaycan, nə də hər hansı digər xarici şirkətin Zəngəzur marşrutunun icrasında iştirak edə bilməyəcəyini bəyan edib.

Nazirin sözlərinə görə, bu cür qərarlar yalnız və yalnız İrəvanın razılığı ilə qəbul oluna bilər. O, mövqeyini əsaslandırmaq üçün Vaşinqtonda Zəngəzur marşrutu ilə bağlı verilmiş bəyanata istinad edərək bildirib ki, sənəddə prinsipial məsələlər üzrə bütün qərarların Ermənistanın tam nəzarətində qalacağı açıq şəkildə qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR