İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Pekindən nüvə ittihamı: “Yapon militarizmi yenidən baş qaldırır”

561 23.12.2025 04:02 Dünya A A

Çin Yaponiyada nüvə silahlanması ilə bağlı səslənən fikirlərə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Baş Nazir Ofisindən, Baş nazir Sanae Takaçi ilə yaxınlığı ilə tanınan yüksək vəzifəli məmurun Yaponiyanın nüvə silahına sahib olmalı olduğu barədə açıqlamasını kəskin şəkildə pisləyib.

Çin XİN-in yaydığı bəyanatda qeyd olunur ki, bu cür açıqlamalar Pekində ciddi şok və narahatlıq doğurub. Rəsmi Pekin xatırladıb ki, Yaponiya İkinci Dünya Müharibəsi dövründə militarist siyasət yürüdərək təcavüzkar müharibələr aparıb, qeyri-insani vəhşiliklər törədib və bununla da bəşəriyyət tarixində ən qaranlıq səhifələrdən birini yaradıb.

Bəyanatda vurğulanır ki, hərbi məğlubiyyətə baxmayaraq, Yaponiya militarizm ruhunu tam şəkildə aradan qaldıra bilməyib. Pekinin mövqeyinə görə, Yaponiyada sağçı qüvvələrə hücum xarakterli silahların, xüsusilə də nüvə silahlarının əldə edilməsinə və inkişafına icazə verilməsi təkcə region üçün deyil, bütün dünya üçün yeni fəlakət riski yaradar.

Çin Xarici İşlər Nazirliyi Tokionu beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəlikləri xatırlamağa və regionda təhlükəsizliyi təhdid edən addımlardan çəkinməyə çağırıb. Pekin hesab edir ki, bu cür ritorika Asiya–Sakit okean məkanında onsuz da kövrək olan strateji sabitliyi daha da sarsıda bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR