İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist qəzetin baş redaktoru istintaqa çağırıldı

1183 18.03.2026 13:12 Region A A

Ermənistanda revanşist mövqeyi və Azərbaycana qarşı düşmən yazıları ilə tanınan “Hraparak” qəzetinin baş redaktoru istintaqa çağırılıb.

Musavat.com xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi qəzetin baş redaktoru Armine Ohanyanı dindirəcək.

Bu barədə qəzetin özü məlumat yayıb. Nəşr iddia edir ki, seçkilər ərəfəsində hakimiyyət müstəqil medianı susdurmağa çalışır.

Bildirilir ki, Ohanyanın istintaqa çağırılmasına səbəb onun 2024-cü ilin dekabrında yazdığı redaksiya məqaləsi olub. Ermənistan İstintaq Komitəsi hesab edir ki, həmin yazıda hakimiyyətin zorla dəyişdirilməsinə açıq çağırışlar yer alıb.

Məlumata görə, Armine Ohanyan istintaqa şahid qismində çağırılıb və o, həmçinin istintaq sirrinin açıqlanmaması barədə sənəd imzalayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR