Venesuela prezidenti Delsi Rodrigez ABŞ-ın Venesuela üzrə müvəqqəti işlər vəkili Laura Doqu Karakasda qəbul edib.
Musavat.com xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və iki ölkə arasında diplomatik nümayəndəliklərin açılması müzakirə olunub.
Məlumatı Venesuealanın xarici işlər naziri İvan Gil Pinto Venezolana de Televisión televiziya kanalında açıqlayıb: “Görüşdə Rodrigez və Doqu ümumi gündəmdəki məsələləri, əsasən enerji, iqtisadi, ticarət və siyasi məsələləri müzakirə ediblər”.
O, həmçinin qeyd edib ki, Venesuelada Doqunun rəhbərlik etdiyi ABŞ diplomatik nümayəndəliyinin və Vaşinqtonda Venesuela diplomatik nümayəndəliyinin yaradılması məsələsi müzakirə olunub: "Prezident səfir Feliks Plasensiyanı ABŞ-a diplomatik nümayəndə təyin edib. Venesuela hökuməti ABŞ ilə münasibətlərin beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərin suverenliyinə əsaslanan dinc və hörmətli şəkildə inkişafını gözləyir”.
Musavat.com






