Rusiyada yaşayış tikintisinin tempi satış imkanlarını xeyli qabaqlayıb. Musavat.com xəbər verir ki, nəticədə ölkənin bir sıra iri şəhərlərində tikilən mənzillərin böyük hissəsi alıcı tapmır.
Məlumata görə, əhalisi milyonu keçən 10 şəhər, o cümlədən Krasnodar, Omsk, Volqoqrad, Krasnoyarsk, Ufa və digər şəhərlərdə inşa olunmuş mənzillərin yarıdan çoxu hələ də satılmayıb. Bu, son illərdə tikinti həcmlərinin kəskin artmasının bazarda tələb ilə uyğunlaşmamasının açıq göstəricisi kimi qiymətləndirilir.
Statistikaya əsasən, 2025-ci ilin üçüncü rübündə eskrou hesabları ilə həyata keçirilən layihələr üzrə satılmamış yaşayış sahəsi 1,9 milyon kvadratmetr artaraq 81 milyon kvadratmetrə çatıb. Bu göstərici bazarda ciddi disbalansın yarandığını ortaya qoyur.
Beləliklə, Rusiya daşınmaz əmlak bazarı hazırda artıq təklif, zəif tələb və potensial qiymət təzyiqi ilə xarakterizə olunan riskli mərhələyə daxil olub.
Musavat.com






