İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhərin mərkəzində yanğın: xəsarət alan var - VİDEO YENİLƏNİB

2103 17.02.2026 14:12 Hadisə A A

Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

Bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər tüstülü zonadan təxliyə edib.

FHN rəsmisi bildirib ki, bina taxta konstruksiyadan ibarət olduğu üçün yanğın söndürülmə işlərində çətinliklər olub:

"Hazırda yanğın məhdudlaşdırılıb. Əraziyə ümumilikdə 5 yanğın avtomobili, 27 nəfər şəxsi heyət cəlb olunub". (Report)

***

Bakıda yanğın baş verən binadan 20-yə yaxın sakin təxliyə olunub.

Bu barədə həmin ərazidə yaşayan və yanğın şahidi olan sakin Elşən Abbasov jurnalistlərə açıqlamasında deyib.

O, yanğının söndürülməsi istiqamətində işlərin dərhal başladıldığını, sakinlərin operativ şəkildə təxliyə edildiyini də qeyd edib.

Xatırladaq ki, fevralın 17-də Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında yanğın baş verib və bir nəfər xəsarət alıb. (Report)

***

Bakının Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğın nəzarət altına alınıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.

***

Səbail rayonu, L. Tolstoy 7 küçəsində baş verən yanğında 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrində II-III dərəcəli termiki yanıq xəsarəti alıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına beş təcili tibbi yardım briqadası cəlb olunub.

Yağında xəsarət alan 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

***

Bakıda baş verən yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.

***

Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR