İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sən kimsən belə danışırsan, həddini aşırsan"

3276 15.04.2026 00:47 Şou-biznes A A

"Söhbət bizim millətimizə, xalqımıza gələndə orada heç vaxt biganə qala bilmərəm. Əgər mənim millətimə söz atıb, təhqir edirlərsə, cavabını verməliyəm. Cavab verməsəm, ürəyimdə qalır".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova türkiyəli müğənni Hadisə haqqında deyib. O, Hadisənin Bakı konserti zamanı Azərbaycan xanımlarının çox makiyaj etməsindən danışmasına sərt münasibət bildirib:

"Xoşuma gəlmədi, sözümü dedim. Deyir ki, Azərbaycan qadını çox makiyaj edir. Sən kimsən belə deyəsən? Hər şeyi şişirdirsən. Mən bir-bir saymayacağam. Səhnədə insan yaxşı görsənməlidir, amma o qədər yox. Həddini aşırsan və hədd aşmaqdan danışırsan".

Qeyd edək ki, B.Dadaşova sosial şəbəkədə də şərh yazaraq Hadisəni tənqid etmişdi. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR