İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərqdə təhlükəli gərginləşmə

559 28.11.2025 15:29 Dünya A A

Çin Xarici İşlər Nazirliyi Yaponiyanın baş naziri Sanae Takaiçinin davranışlarını pisləyib və onun Çin–Yaponiya münasibətlərinin əsasını təşkil edən 4 siyasi sənədin ruhunu pozduğunu bildirib. Pekin bu mövzu ilə bağlı qəti etiraza malik olduğunu vurğulayıb.

Musavat.com xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Qo Ciaqün “Sinxua”ya açıqlamasında qeyd edib.

Məlumata görə, Sanae Takaiçi müxalifət liderləri ilə debatlar zamanı belə deyib:

“San-Fransisko sülh müqaviləsinə əsasən, bütün hüquq və iddialardan imtina etdiyimiz üçün Tayvanın hüquqi statusunu tanımaq mövqeyində deyilik”.

Qo Ciaqün buna cavab olaraq bildirib ki, Tayvanın Çinin tərkibinə qayıtması İkinci Dünya müharibəsində qazanılmış qələbənin nəticələrindən biridir və müharibədən sonrakı beynəlxalq nizamın ayrılmaz elementidir. O vurğulayıb ki, Qahirə Bəyannaməsi, Potsdam Bəyannaməsi və Yaponiyanın kapitulyasiya Aktı daxil olmaqla bir sıra beynəlxalq hüquqi sənədlər Tayvan üzərində Çinin suverenliyini təsdiqləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR