İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyarto: Rüttenin çıxışı Brüsselin sağlam düşüncəni itirdiyini sübut etdi

381 12.12.2025 22:29 Dünya A A

Macarıstanın xarici işlər naziri Peter Siyarto NATO-nun baş katibi Mark Rüttenin Berlin şəhərində səsləndirdiyi bəyanatları kəskin tənqid edib.

Musavat.com xəbər verir ki, Siyarto dekabrın 11-də Berlində çıxış edən Mark Rüttenin fikirlərinin Brüsseldə sağlam düşüncənin artıq mövcud olmadığını açıq şəkildə göstərdiyini bildirib. Onun sözlərinə görə, əgər indiyədək kimsə Avropa paytaxtında rasional yanaşmanın itirildiyinə şübhə edirdisə, Rüttenin çıxışı bu şübhələri tam aradan qaldırıb.

Siyarto qeyd edib ki, NATO baş katibi bir sıra məsuliyyətsiz və təhlükəli bəyanatlar səsləndirib:

“Mark Rütte Rusiyanın növbəti hədəfinin biz ola biləcəyini, Rusiyanın beş il ərzində NATO-ya hücuma hazırlaşa biləcəyini və Ukraynanın təhlükəsizliyinin guya bizim təhlükəsizliyimiz olduğunu iddia edib”.

Macarıstan XİN rəhbəri bu cür açıqlamaların gərginliyi daha da artırdığını və Avropanın təhlükəsizliyinə xidmət etmədiyini vurğulayıb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR