İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Bakıda uşaq bağçasında YANĞIN

599 23.12.2025 13:08 Hadisə A A

Dekabrın 23-də Bakıda 79 nömrəli körpələr evi-uşaq bağçasının elektrik şitində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır", deyə məlumatda qeyd olunub.

***

Bakıda uşaq bağçasında baş verən yanğının qarşısı alınıb.

Yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.//APA

***

Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi baş verib.

Yanğın Tağı Şahbazi küçəsində yerləşən 79 saylı uşaq bağçasında qeydə alınıb.

Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR