İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Yermakın ofisində axtarışlar BAŞLADI - FOTO YENİLƏNİB

2748 28.11.2025 12:02 Dünya A A

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) onun mənzilində axtarış apardığını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

"Bu gün Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu mənim evimdə prosessual hərəkətlər icra edir. Müstəntiqlər üçün heç bir maneə yoxdur", - Yermak deyib.

Onun sözlərinə görə, antikorrupsiya məmurlarına mənzilə tam giriş imkanı verilib və vəkillər hadisə yerində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər.

“Mən istintaqla tam əməkdaşlıq edirəm”, - Prezident Aparatının rəhbəri vurğulayıb.

Musavat.com

***

10:36

Ukrayna Prezidentinin Ofis rəhbəri Andrey Yermakın otağında axtarışlar aparılır.

Bu barədə "Ukrainskaya pravda" məlumat yayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR