İnsanlara hürriyət, millətlərə istiqlal!

Spiker Beynəlxalq Ana Dili Günündən danışdı

304 20.02.2026 12:32 Gündəm A A

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Musavat.com-un məlumatına görə, parlament sədri sabah, 21 fevralda dünya ölkələrində Beynəlxalq Ana Dili Gününün qeyd olunacağını bildirib:

“Azərbaycan dili dünyanın ən zəngin və gözəl dillərindən biridir. Bizim dilimiz əsrlər boyu xalqımızın milli mənlik şüurunun formalaşmasında və mədəni irsinin qorunmasında mühüm rol oynayıb”.

Sahibə Qafarova əlavə edib ki, Prezident İlham Əliyev ana dilimizin qorunmasına və inkişafına böyük diqqət yetirir:

“Ulu Öndərin bu sahədə başlatdığı strateji xətt ardıcıl davam etdirilir. Bildiyiniz kimi, ötən ilin noyabr ayında dövlət başçısı Milli Elmlər Akademiyasında çıxışında Azərbaycan dilinin təmizliyinin qorunmasının və düzgün istifadə edilməsinin vacibliyini qeyd edib. O deyib ki, “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır””.

Spiker deyib ki, dövlət başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən işlərə Milli Məclis də parlament səviyyəsində dəstək göstərməyə çalışır:

“Xatırladım ki, ötən il dekabrın 8-də Milli Məclisdə Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr edilən konfrans keçirilib. Qanunvericilik orqanı Azərbaycan dilinin inkişafı sahəsində irəli sürülən təşəbbüsləri bundan sonra da dəstəkləyəcək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR