Musavat.com xəbər verir ki, Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk yenidən Krım mövzusunda sərt mövqeyini ifadə edib.
O bildirib ki, yarımada Ukraynanın ayrılmaz hissəsidir və müharibə yalnız Kırım “tam şəkildə geri qaytarıldıqdan sonra” bitmiş sayılacaq.
Stefançuk vurğulayıb:
“Krım — Ukraynadır. Bu, Ukrayna dövlətinin bir hissəsidir. Müharibə o zaman bitmiş sayılacaq ki, Krım Ukraynanın ərazi bütövlüyünə qaytarılsın”.
Musavat.com






