İranda gərginlik yeni mərhələyə qədəm qoyub.
Musavat.com xəbər verir ki, paytaxt Tehranda keçirilən kütləvi etiraz aksiyaları zamanı nümayişçilər ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin təsvir olunduğu plakatları yandırıblar.
Şahidlərin və sosial şəbəkələrdə yayılan görüntülərin məlumatına görə, etirazçılar küçələrdə “Azadlıq, azadlıq, azadlıq!” şüarları səsləndirərək hökumət əleyhinə çağırışlar ediblər. Aksiyalar fonunda təhlükəsizlik qüvvələrinin bəzi ərazilərdə mövqelərini gücləndirdiyi bildirilir.
Məlumatlara əsasən, etirazlar təkcə Tehranda deyil, İranın digər iri şəhərlərində də paralel şəkildə davam edir. Hadisələrlə bağlı rəsmi Tehran hələlik baş verənlərin miqyası və mümkün nəticələr barədə geniş açıqlama verməyib.
Musavat.com






