Telefonu daim bir əllə istifadə etmək bilək və barmaq oynaqlarında ciddi zədələnmələrə səbəb ola bilər.
Musavat.com xəbər verir ki, revmatoloq Darıya Kuseviç bu vərdişin xüsusilə birinci bilək-daraq oynağını məhv etdiyini bildirib.
Mütəxəssisin sözlərinə görə, smartfonu bir əllə tutub eyni əllə ekrana toxunmaq oynaqlara davamlı və qeyri-bərabər yük verir. Bunun qarşısını almaq üçün telefonu bir əllə saxlamaq, manipulyasiyaları isə digər əllə etmək tövsiyə olunur.
Həkim əlavə edib ki, oynaqların sağlamlığı üçün fiziki aktivlik vacibdir. Oturaq iş zamanı hər 40 dəqiqədən bir qalxaraq qısa gimnastika etmək lazımdır:
əli yumruq şəklində sıxıb-açmaq,
açıq ovucu masaya qoyaraq barmaqları növbə ilə qaldırmaq.
Eyni zamanda, oynaq ağrıları 14 gündən çox davam edərsə, gecikmədən həkimə müraciət etmək vacib sayılır.
Musavat.com






