İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ Super Kubok oyununa getməyəcək - ŞOK SƏBƏB

420 25.01.2026 14:23 Dünya A A

ABŞ prezidenti Donald Tramp ölkənin ən məşhur tədbiri olan Super Kubok oyununa getməyəcək.

Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, buna səbəb fasilə şousunda çıxış edəcək Green Day rok qrupunu bəyənməməsidir.

Fasilədə reper Bad Bunny və rokçu Green Day çıxış edəcəklər: "Mən onlara qarşıyam. Düşünürəm ki, bu, dəhşətli bir seçimdir. Bu, sadəcə nifrət toxumu səpir. Dəhşətlidir".

Amerika lideri oyuna getmək üçün əsas maneə kimi məsafəni göstərib və o qədər də uzaqda olmasaydı, mütləq iştirak edəcəyini deyib.

Qeyd edək ki, Amerika futbol mövsümünün ən böyük oyunu 8 fevralda Kaliforniyada keçiriləcək. Bu tədbir ənənəvi olaraq ölkədə ən yüksək reytinqə malik tədbirdir.

Hazırda Kaliforniya qubernatoru olan demokrat Kevin Nyusomla Tramp arasında kəskin fikir ayrılıqları və gərginlik var.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR