İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Davosda Paşinyanla təkbətək görüşmədi, Əliyevlə isə görüşdü – Erməni ekspert maraqlı detalı qabartdı

1427 23.01.2026 15:09 Siyasət A A

Davosda keçirilən görüşlər zamanı diqqət çəkən məqamlardan biri ABŞ prezidenti Donald Tramp ilə regional liderlər arasındakı təmaslar olub.

Musavat.com xəbər verir ki, Tramp Ermənistanın baş naziri Nikol Paşinyan ilə təkbətək görüş keçirməyib, buna baxmayaraq Azərbaycan Prezidenti İlham Əliyev ilə ayrıca görüş baş tutub. Bu məqama erməni politoloq, amerikanşünas Suren Sarkisyan sosial şəbəkədə diqqət çəkib.

Ekspert yazıb ki, Trampın yanında əyləşmək və protokol çərçivəsində şəkil çəkdirmək (qonaqların əlifba sırası ilə yerləşdirilməsi və qəbul edən tərəfin mərkəzdə olması – red.) daxili auditoriya üçün müəyyən PR effekti yaradır və baş tutmayan ikitərəfli görüş faktını kölgədə qoyur.

Sarkisyanın fikrincə, ABŞ adətən bu cür hallarda balanslı mövqe tutur. Məhz bu baxımdan Paşinyanla ayrıca danışıqların baş tutmaması suallar doğurur. O, xüsusilə Tramp ilə İlham Əliyev arasında müzakirə edilən TRIPP təşəbbüsünə diqqət çəkərək bildirib ki, bu məsələ birbaşa Ermənistanla bağlı regional proseslərə toxunur və rəsmi İrəvan üçün həssas mövzulardandır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR