ABŞ prezidenti Donald Tramp ölkənin yeni rəhbərliyi praqmatizm nümayiş etdirərsə, İrana qarşı sanksiyaların ləğvini mümkün sayır.
Musavat.com xəbər verir ki, o, bunu The New York Times (NYT) qəzetinə verdiyi müsahibədə qeyd edib. Tramp həmçinin ABŞ-ın hazırkı İran hökumətini devirməyə cəhd edənləri hər hansı bir şəkildə dəstəkləyib-dəstəkləməyəcəyini dəqiqləşdirməkdən imtina edib: "Mən bu və ya digər şəkildə heç bir öhdəlik götürmürəm. Hələ tezdir. Bizim görəcəyimiz bir iş var və biz bunu çox yaxşı edirik. "Deyərdim ki, biz qrafikdən xeyli irəlidəyik".
Musavat.com






