İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Karniyə göndərdiyi dəvəti geri çəkdi

737 23.01.2026 10:05 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karniyə Qəzza üzrə Sülh Şurasına üzvlüklə bağlı dəvətini geri götürüb.

Musavat.com xəbər verir ki, Tramp bunu Truth Social-da yazıb: "Hörmətli Baş nazir Karni, xahiş edirəm bu məktubu Sülh Şurasının Kanadanın indiyə qədər toplanan ən nüfuzlu liderlər şurasına qoşulması üçün sizə göndərdiyi dəvəti geri götürdüyünə dair rəsmi bildiriş kimi qəbul edin".

Qeyd edək ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza sülh prosesinin bir hissəsi olaraq yaradılan Sülh Şurasının nizamnaməsini imzalayıblar. Sülh Şurası Qəzza zolağını idarə etmək üçün yaradılıb, lakin onun digər bölgələrdə münaqişələrin qarşısının alınması və həlli üzərində də işləməsi gözlənilir.

Kanadanın baş naziri Mark Karni Şurada üzvlüklə bağlı dəvətə cavab verməmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR